RU

Aİ-dən ABŞ-a 72 milyardlıq təhdid

Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatlardan idxal olunan mallara qarşı əlavə cavab rüsumları tətbiq etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilə gömrük mübahisəsi çərçivəsində qərarlaşdırılan bu tədbirlərin ümumi həcmi 72 milyard avro təşkil edir.

Vaşinqton ilə aparılan danışıqların uğursuz olacağı təqdirdə rüsumların qüvvəyə minməsi planlaşdırılır.

Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç bildirib ki, ABŞ-dan idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edəcək siyahı ictimai məsləhətləşmədən sonra yenilənib. Əvvəlcə rüsumlar 95 milyard avro dəyərində idxal məhsullarını əhatə etsə də, son versiyada bu məbləğ 72 milyard avro həcminə endirilib. Lakin M.Şefçoviç siyahıdan hansı məhsulların çıxarıldığı barədə məlumat verməyib.

Избранный
31
6
publika.az

10Источники