RU

Lənkəranda baş verən yanğında 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb

Lənkəran rayonunun İsti-Su qəsəbəsində yerləşən fermada baş vermiş yanğın nəticəsində ciddi tələfat qeydə alınıb.

APA-nın cənub bürosunun məlumatına görə, yanğın meşə zolağına yaxın ərazidə rayon sakininə məxsus fermada baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsinin 3, Masallı rayonundan 1 və Liman şəhərindən 1 yanğınsöndürən texnikası, ümumilikdə 25 nəfərlik şəxsi heyət cəlb olunub. Eyni zamanda, yanğının söndürülməsində 30-a yaxın kənd sakini də iştirak edib.

Yanğın 2 min kvadratmetr ərazini əhatə edib. Nəticədə 5 baş iribuynuzlu heyvan tələf olub, 10 min ədəddən çox ot bağlaması yanıb. Qısa müddət ərzində yanğın lokallaşdırılıb, meşə zolağına və yaxınlıqda olan 5 ədəd kənd təsərrüfatı texnikasına keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi və səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Lənkəranda Lənkəranda Lənkəranda
Избранный
57
2
apa.az

4Источники