“Real Madrid”in yarımmüdafiəçisi Dani Sebalyos karyerasını yenidən “Betis”də davam etdirmək ehtimalı ilə bağlı danışıb.
90deqiqe.Az xəbər verir ki, “MadridZone” ispaniyalı futbolçunun fikirlərini belə çatdırıb.
“Betis” mənim evimdir. Həmişə belə olacaq. Ümid edirəm ki, onların qapıları mənim üçün açıqdır. Bu həftə gələcəyimi müzakirə etməyi planlaşdırıram. Hələlik heç bir görüş olmayıb”.
28 yaşlı futbolçu “Betis”in yetirməsidir və 2014–2017-ci illərdə klubun əsas komandasında çıxış edib. Hazırda onun “Real”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Sebalyosun bazar dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.