RU

Tələbələrin köçürülməsi prosesinə başlanılıb

Bu gündən 2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi başlanıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, elektron müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr “portal.edu.az” internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Избранный
321
49
tehsil.biz

10Источники