RU

Ukrayna kütləvi dron hücumuna məruz qalıb

İyulun 16-na keçən gecə Rusiya ordusu Ukraynanın şəhər və qəsəbələrinə “Şahed” tipli kamikadze dronlarla kütləvi hücumlar təşkil edib.

APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Ukraynanın Krivoy Roq şəhərində artıq 20-yə yaxın partlayış qeydə alınıb.

Hücum nəticəsində elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunub. Şəhər rəhbərliyi su təchizatı sistemlərinin generator rejiminə keçdiyini açıqlayıb.

Çerkassı şəhərində isə əhaliyə dron təhlükəsi səbəbindən sığınacaqlarda qalmaq tövsiyə olunub.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının məlumatına görə, Rusiya qüvvələri Krivoy Roqa raket zərbəsi endirib. Zərbə nəticəsində şəhərdə yanğın baş verib. İlkin məlumata əsasən, yaralananlar var.

Hadisə ilə bağlı ətraflı məlumatlar dəqiqləşdirilir.

Избранный
41
6
apa.az

10Источники