RU

Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb

Rusiyalı iş adamı həmçinin çirkli pulların yuyulmasında ittiham olunur…

Poliqon xəbər verir ki, erməni mətbuatına istinadla Ermənistanda rusiyalı biznesmen Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb. Konstitusiya quruluşunu devirməyə çağırışla bağlı əvvəlki ittihamdan əlavə, ona indi də bir neçə şirkətin fəaliyyəti nəticəsində əldə olunduğu iddia edilən vəsaitlərin yuyulması ilə bağlı cinayət işi açılıb. Bu barədə onun vəkilləri məlumat veriblər.

Müdafiə tərəfi bildirib ki, Karapetyana qarşı irəli sürülən "çirkli pulların yuyulması" ittihamı əsassızdır və bu maddənin Ermənistanda son illər siyasi təzyiq vasitəsi kimi sistematik şəkildə istifadə edildiyini vurğulayıb. “Son illərdə Ermənistanda ‘çirkli pulların yuyulması’ ən çox tətbiq edilən ittiham olub və bu, əsasən siyasi cəza vasitəsi kimi istifadə olunur,” – deyə Karapetyanın hüquq komandası bildirib (mənbə: News.am).

Qeyd edək ki, Samvel Karapetyan iyunun 18-dən bəri həbsdə saxlanılır. O, Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasındakı münaqişəyə “öz qaydasınca” müdaxilə edəcəyini bildirdikdən sonra həbs olunmuşdu. Bu həftə isə iş adamı yeni siyasi partiya yaratmaq niyyətində olduğunu açıqlayıb.

Poliqon.info

Избранный
106
50
poliqon.info

10Источники