“Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə 1-ci liqası təmsilçisi “Pendik”lə üz-üzə gəlib. Matç “qartallar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bakı təmsilçisinin heyətində qolları Brahim Konate, Davit Volkov, Junior Martins (dubl) vurublar.
Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da Bakıda, cavab görüşü isə 31-də, saat 23:00-da “Polyud Stadium”da keçiriləcək.