Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib.
APA xəbər verir ki, Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Məhkəmə M. Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib.
Müdafiə tərəfi M.Şıxlinskinin ev dustaqlığına buraxılmasını istəyib. Mutvalı həbsini qanunsuz hesab etdiyini və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir.