RU

Zelenski ölkənin müdafiə sənayesi istehsalının həcmindən danışdı

BAKI, 16 iyul. TELEQRAF

Bu gün Ukrayna Ali Radasına ölkənin yeni müdafiə nazirinin namizədliyi təqdim olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında məlumat verib.

Xatırladaq ki, o, sözügedən posta Denis Şmıqalın namizədliyini təklif edib.

Prezident bildirib ki, strateji sənayelər də Müdafiə Nazirliyinin xətti ilə idarə olunacaq. Germann Smetanin "Ukroboronprom"a rəhbərlik edəcək.

V.Zelenski bildirib: "Tapşırıq çox konkret, aydındır. Hazırda cəbhədəki Ukrayna silahları bütün əməliyyatlarımızda 40%-ə yaxındır. Bu, artıq Ukraynanın dövlətimizin müstəqilliyi dövründə heç vaxt olmadığı qədər çox silah istehsalıdır. Həcmi həqiqətən böyükdür. Ancaq daha çox şey lazımdır. Müharibəni Rusiya ərazisinə - müharibənin başladığı yerə köçürmək üçün bizə daha çox imkan lazımdır... Bizim - yeni hökumətin vəzifəsi ilk altı ayında öz istehsalımızı artıraraq Ukrayna silahlarının 50%-i səviyyəsinə çatdırmaqdır. Əminəm ki, biz bunu həyata keçirə bilərik".

Избранный
65
50
teleqraf.com

10Источники