RU

"Barselona"da 10 nömrəli forma Lamin Yamala verildi - VİDEO

"Barselona" futbol klubunun hücumçusu Lamin Yamal 2025/2026 mövsümündən etibarən 10 nömrəli forma altında çıxış edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi 18 yaşlı futbolçu ilə müqavilənin uzadılmasına həsr olunmuş rəsmi mərasimdə elan edib.

Onunla müqavilənin müddəti 2031-ci ilədək uzadılıb. Yamal təqdimat mərasiminə nənəsi ilə gəlib.

Qeyd edək ki, "Barselona"da 2008-ci ildən 2021-ci ilədək 10 nömrəli formanı Lionel Messi geyinib. Sonra klubun 10 nömrəli futbolçusu Ansu Fati olub. Yamal əvvəlki il 19 nömrəli forma altında çıxış edib.

Xatırladaq ki, Yamal ötən mövsüm 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə verib.

 

Избранный
76
1
moderator.az

10Источники