RU

"Real"la danışıqlar dayanıb - Vinisiusa iki nəhəng klubdan təklif gözlənilir

"Real"ın ulduz hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı danışıqlar yubanıb.

90deqiqe.Az-ın məlumatına görə, mövcud müqaviləsi 2027-ci ilin yayına qədər olan braziliyalı futbolçu yeni sözləşmə imzalamaq istəmir və gələcəyi üzərində tam nəzarəti əlində saxlamaq niyyətindədir.

Vinisius Juniora PSJ və "Mançester Siti" klublarI maraq göstərir və onlar oyunçunu transfer etmək üçün cəlbedici təklif hazırlamağa hazırdırlar.

Hazırkı müddət ərzində «Real»ın əsas komandasında 322 oyuna çıxan Vinisius 106 qol vurub, 83 məhsuldar ötürmə ilə fərqlənib.

Избранный
74
50
90deqiqe.az

10Источники