RU

Gəncədə avtomobil körpünün məhəccərinə çırpılıb, xəsarət alan var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Nizami Gəncəvi prospektində, Gəncəçay üzərində yerləşən körpüdə qeydə alınıb.

Belə ki, hərəkətdə olan "KIA" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı məhəccərlərə çırpılıb.

Hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Спросить ChatGPT

Избранный
31
2
apa.az

3Источники