RU

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb


Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb. Baki-xeber.com xəbər verir ki, liseyin şagirdləri Ərhun Abdullazadə, Bəxtiyar Əmiraslanov, Ağahüseyn Hüseynov, İlyas Muxtarov, Nihad Həşimov, Nəzrin Cəlilova qızıl, Fuad Hüseynov isə gümüş nişanla təltif olunublar.
Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.
Şagirdlərimizi təbrik edir, təhsil həyatlarında daha böyük uğurlar arzulayırıq!
Günel CƏLİLOVA

Избранный
44
6
baki-xeber.com

7Источники