RU

Tramp “Coca-Cola”nı dəyişdirir – Artıq belə olacaq 

ABŞ Prezidenti Donald Trampın paylaşımı müzakirələrə səbəb olub.

Referans  xəbər verir ki, o, ölkəsində satışa çıxarılan “Coca-Cola” içkisinin reseptini dəyişməyə çağırıb.

“Mən “Coca-Cola” şirkəti ilə danışıqlar apardım, dedim ki, qarğıdalı siropu əvəzinə təbii qamış şəkərindən istifadə etsinlər. Onlar razılaşdılar. Bu, çox yaxşı qərardır və içki belə formada daha yaxşı olacaq”, – Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, qamış şəkəri ABŞ-da 1980-ci illərə qədər Coca-Cola-da əsas dadlandırıcı kimi istifadə edilirdi. Daha sonra pula qənaət etmək üçün ucuz yüksək fruktozalı qarğıdalı siropu ilə əvəz olundu.//globalinfo.az

Избранный
19
referans.az

1Источники