RU

Almaniyadan birbaşa: Tennisçimiz 1/16 finalda

Azərbaycan tennisçisi Elvin Həşimov Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasına qələbə ilə başlayıb.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, təmsilçimiz 1/32 finalda zambiyalı Nakalanqa Hamayanqve ilə qarşılaşıb.

Görüş Həşimovun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.

İdman.biz

Məqalədə:
Избранный
47
3
idman.biz

4Источники