II və III ixtisas qrupları üzrə yulun 6-da keçirilmiş qəbul imtahanında iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
APA xəbər verir ki, bu barədə DİM-in məlumatında deyilir.
Qeyd edək ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.