II və III ixtisas qrupları üzrə yulun 6-da keçirilmiş qəbul imtahanında iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Referans xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında deyilir.
Qeyd edək ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта