Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Ucar şəhər sakini, 1962-ci il təvəllüdlü Mübariz Bəşir oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Yevlax şəhər sakini, 1995-ci il təvəllüdlü Elnur Elburus oğlu Yusifzadənin sürdüyü “TIR” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini, Ucar şəhər sakini, 1993-cü il təvəllüdlü Ramazan Əlmusa oğlu İlyaszadə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта