RU

“Sabah” Avroliqada mübarizəni dayandırdı

"Sabah" FK bu gün Avropa Liqasının təsnifat mərhələsinin 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Sloveniyada yerli "Tselye" klubu ilə qarşılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşün əsas vaxtı 2:3 hesabı ilə başa çatıb. "Sabah"ın ev sahibi olduğu ilk oyunda da hesabın 2:3 olduğunu nəzərə alaraq, cütün taleyi əlavə vaxtda həll olunmalı idi.

Əlavə vaxtda sloveniyalılar fərqlənə bilib. 118-ci dəqiqədə Nikita İosifovun vurduğu qol "Tselye"ni növbəti mərhələyə çıxarıb.

Növbəti mərhələdə "Tselye"nin "Partizan" - AEK (Larnaka) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, "Sabah"ın heyətində Coy-Lens Mikels het-trik edib. "Tselye"dən isə Kovaçeviç və Vuklişeviç fərqlənib.

Избранный
78
1
operativmm.az

10Источники