RU

Berlin Trampdan aydınlıq tələb edir | VİDEO

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Almaniyanın kansleri Fridrix Merts belə bəyanat səsləndirib.

“Almaniya kansleri ABŞ prezidenti Donald Trampa silahların ötürülməsi ilə Kiyevə yardımı davam etdirmək istəyinə görə minnətdarlığını bildirib. Lakin o, Vaşinqtonun Avropanın Kiyevə verdiyi silahlara necə çıxış əldə edə biləcəyinə aydınlıq gətirməyə çağırıb”,- agentliyin dərc etdiyi materialda deyilir.

Fridrix Merts, həmçinin bildirib ki, Amerikanın bu addımı sülh danışıqlarına başlamaq üçün Rusiya prezidenti Vladimir Putinə təzyiqi artıracaq.

Roma da Trampın planını sabotaj edir| VİDEO
Bundan əvvəl Merts Kiyevin tezliklə Almaniya və Böyük Britaniyanın müdafiə sənayesi ilə əməkdaşlığı sayəsində istehsal olunan uzaqmənzilli silah sistemləri alacağını açıqlamışdı.

Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Ukraynanı yeni silah və texnika, o cümlədən Patriot zenit-raket kompleksləri ilə təmin edəcəyinə söz verib.

İyulun 16-da isə, Almaniya Müdafiə nazirliyinin sözçüsü Mitko Müller ABŞ-NATO razılaşması çərçivəsində Ukraynaya Patriot tədarükünün koordinasiya prosesinin hələ də davam etdiyini söylədi. Onun sözlərinə görə, problemin həlli aylar çəkə bilər, çünki hava hücumundan müdafiə sistemini“sadəcə rəfdən götürmək olmaz”.

Maraqldır ki, NATO üzvü olan bəzi Avropa İttifaqı (Aİ) ölkələri Donald Trampın planına əsasən, öz hesablarına Ukraynaya ABŞ istehsalı olan hərbi texnika vermək niyyətində deyil.


Sahil İsgəndərov
AzVision.az
Избранный
100
36
azvision.az

10Источники