RU

Xarici silahlar Ukraynada sınaqdan keçiriləcək | VİDEO

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ukrayna hökumətinin dəstəklədiyi silah investisiyaları və satınalmaları üzrə “Brave1” qrupu belə məlumat yayıb.

“Ukraynada sınaq sxeminə əsasən şirkətlər öz məhsullarını Ukraynaya göndərəcək, onlardan necə istifadə ediləcəyi ilə bağlı onlayn təlim keçəcək. Sonra isə Ukrayna hərbçilərinin onları sınaqdan keçirib hesabat verməsini gözləyəcək”, - açıqlamada deyilir.

“Brave1” qrupunun investorlarla əlaqələr şöbəsinin rəhbəri Artyom Moroz sxemə böyük maraq olduğunu bildirsə də, bundan istifadə etməyə razılıq verəcək şirkətlərin adını çəkməyib. O, həmçinin bunun necə işləyəcəyi və ya hansı xərclərin cəlb olunacağı barədə təfərrüatlı məlumat verməkdən imtina edib.

Morozun sözlərinə görə, hökumət tərəfindən 2023-cü ildə yaradılan “Brave1” qrupu Ukraynanın sınaqdan keçirmək istədiyi hərbi texnologiyaların siyahısını tərtib edib.

- Bizim prioritetlərimizin siyahısı var. Əsas sahələrdən biri hava hücumundan müdafiə (HHM) sistemi olacaq. O cümlədən yeni HHM imkanları, pilotsuz təyyarələrin tutulması qurğuları, süni intellekt idarəetmə sistemləri, sürüşmə bombaları ilə mübarizə üçün bütün məsələlər də bu sıradadır”,- qrupun təmsilçisi vurğulayıb.

Starmer:"London Trampın planına qoşula bilər"
Suda pilotsuz sistemlər və quruda elektron yerləşdirmə sistemləri də Ukraynanın prioritetləri siyahısındadır.

Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindan “çox narazı” olduğunu bildirərərkMoskvaya ultimatum verib: döyüşlər 50 gün ərzində dayanmasa, ABŞ Rusiya və onun tərəfdaşlarına 100% ikinci dərəcəli rüsumlar tətbiq edəcək. Bundan əlavə, Amerika lideri avropalı müttəfiqlərinin hesabına Kiyevə silahlar, o cümlədən “Patriot” HHM sistemləri verəcəyini vəd edib.

Lakin Amerikanın bir sıra nəşrləri Kremlin Trampın hədələrinəməhəl qoymadığınıiddia edirlər. Bununla belə, Rusiyanın “Novosti Mail” media-resursunun apardığı sorğunun nəticələrinə görə, respondentlərin yarısıTrampın öz hədələrinihəyata keçirəcəyinə inanırlar.

Bəzi Avropa ölkələri isə, Trampın avropalıların vəsaitləri hesabına Ukraynanı silahlnadırmaq təşəbbüsünə qoşulmaq fikridnə deyillər.


Sahil İsgəndərov
AzVision.az
Избранный
20
50
azvision.az

10Источники