RU

QİÇS-lə Mübarizə Mərkəzi və Narkoloji mərkəzlərdə müalicə olunanların sayı açıqlandı

BAKI, 18 iyul. TELEQRAF

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 46420 nəfər istiqamətləndirilib.

Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

"Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilib 2531 nəfərdən 1459 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 343, Sumqayıt Narkoloji Mərkəzində 136 nəfər) 786 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin iyun ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 29 (4,5%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

2025 ilin yanvar-iyun ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 451 vətəndaş müraciəti daxil olub ki, onların 46-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 38-i narkotik asılılıqdan müalicə, 367-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlıdır. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 84 məktub ünvanlanıb", məlumatda qeyd edilib.

Избранный
126
2
teleqraf.com

2Источники