RU

PSV Alassan Plea ilə gücləndi

PSV 32 yaşlı fransalı mərkəz hücumçusu Alassan Pleanı Mönhenqladbax “Borussiya”sından tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə PSV-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Eynhoven klubuna 3 milyon avro məbləğ müqabilində başa gəlib.

Alassan Plea Lion “Olimpik”inin məzunudur. Hücumçu, karyerası ərzində icarə əsasında “Oser”də, tamhüquqlu əsasda isə “Nitsa” və Mönhenqladbax “Borussiya”sında çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Plea “Borussiya” üçün 32 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Alassan Plea 2018-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində debüt edib, “xoruzlar” üçün 10 dəqiqə oynayıb. Pleanın milli yığma komanda sərgüzəşti elə, bundan ibarətdir.

Plea futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
69
14
arena.az

10Источники