Rusiya parlamentinin aşağı palatası Dumanın bəzi deputatları milli təhlükəsizliyə təhlükə yaratdığını əsas gətirərək mesajlaşma proqramı olan WhatsApp-ın qadağan edilməsini istəyiblər.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Dumanın İnformasiya Siyasəti Komitəsinin sədrinin birinci müavini Anton Gorelkin WhatsApp-ın “ekstremist təşkilat” kimi tanınan Meta şirkətinə məxsus olduğunu bildirib.
Gorelkin deyib ki, WhatsApp dost olmayan ölkələrin tətbiqlərinə daxildir və usiya bazarını tərk etməyə hazırlaşmasının vaxtıdır.
Rusiyada bəzi deputatlar hesab edirlər ki, Rusiyanın rəqəmsal məkanında belə bir xidmətin olması milli təhlükəsizliyin pozulması deməkdir. Ona görə də onun dost olmayan ölkələrin tətbiqlərinin qadağan olunmuş proqramlar siyahısına daxil edilməsi an məsələsidir".
Nigar,
Sitat.info