RU

Gəncədə 48 yaşlı qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Moderator.az xəbər verir ki,hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Şəmkir rayon sakini 1977-ci il təvəllüdlü C.Məmişovanı vurub.
 
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
 
Избранный
54
50
moderator.az

10Источники