RU

Restorana silahlı hücum: Türkiyə vətəndaşı həlak olub

Gürcüstanın Batumi şəhərində restorana silahlı hücum edilib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, hücumda Türkiyə vətəndaşı kürəyindən güllə yarası alaraq həyatını itirib.

Bildirilir ki, o, 5 güllə yarası alıb. Naməlum şəxslər tərəfindən həyata keçirilən hücumda restoranın şüşələri açılan atəşlə sındırılıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, məhkəmə-tibb ekspertləri ərazidə iş aparıblar.

Избранный
55
moderator.az

1Источники