Azərbaycan gimnastları 2025-ci il Ümumdünya Universitet Oyunlarında ilk qızıl medalın sevincini yaşayırlar.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu qrup hərəkətləri komandanın üzvü Güllü Ağalarzadə jurnalistlərə açıqlamasında deyib.
"Biz Dünya Universiadasının ilk medalını qazana bildiyimiz üçün çox şadıq. Azərbaycan qrup komandası üçün isə bu tarixi medaldır. Bu yarış həm də komandamızın dünya çempionatına hazırlığın mərhələlərindən biridir", deyə - Ağalarzadə bildirib.
Gimnast bu medalın digər Azərbaycan idmançılarını da motivasiya edəcəyinə ümid etdiyini vurğulayıb: "Biz tarixi medallar qazanmağı sevirik. Ümid edirik ki, bu medal digər idmançılarımızı da Universiadada uğurla çıxış etməyə həvəsləndirəcək. İnanıram ki, Universiada ümumilikdə Azərbaycan üçün uğurlu olacaq. Əvvəlki çıxışlarımızda xırda səhvlərimiz oldu. Sabah daha da yaxşı çıxış etmək istəyirik və səhv etməməyə çalışacağıq".
Qeyd edəl edək ki, sabah Azərbaycan qrup komandası daha iki yarış medallar uğrunda mübarizə aparacaq.
Zəki Feyzullayev
İdman.biz