RU

Sakinlərin yolla bağlı problemi qısa vaxtda həll olundu

Təcrübə göstərir ki, rayon icra hakimiyyəti başçılarının yerlərdə sakinlərlə keçirdikləri görüşlərdə qaldırılan problemlər daha operativ həll edilir. 

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının "Mədənçilər" yaşayış sahəsində keçirdiyi səyyar görüşdə qaldırılan problem də qısa vaxtda öz həllini tapdı. Həmin görüşdə sakinlər rayon mərkəzi ilə yaşayış sahəsini birləşdirən avtomobil yolunun təmir olunmasını xahiş etdilər. Rayon rəhbərliyi tərəfindən "31 nömrəli Yol İstismar" MMC-yə tapşırıq verildi və işlərə başlanıldı. Qısa vaxtda yolda nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olundu.

Hörmətli redaksiya! Qəzetiniz vasitəsilə sakinlərin adından bu işdə əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk.

Saleh ABIŞOV,

Daşkəsən rayon "Mədənçilər" yaşayış sahəsinin sakini

Избранный
58
azerbaijan-news.az

1Источники