RU

“Araz-Naxçıvan”dan transfer

“Araz-Naxçıvan” futzal klubu heyətini U-19 millisinin üzvü Ədalət Ələkbərovla gücləndirib.

Futbolpress.az xəbər verir ki, oyunçu ilə müqavilə 1 illikdir.

Daha əvvəl Qazaxıstanın “Astana” klubundan ayrılan milli üzvü Rövşən Hüseynlini, Mirzə Əmirovu heyətinə qatan son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviç, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb.

“Araz-Naxçıvan” Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda “Ljuti” (Avstriya), PYF (Şotlandiya), və “Sparta” (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.

Избранный
20
10
futbolpress.az

10Источники