“Qarabağ” klubunun təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan minifutbol turniri keçirilib.
2 gün davam edən yarışda 6 komanda qalib adı uğrunda mübarizə aparıb.
Finalda "J Yunayted" komandasına 9:3 hesabı ilə qalib gələn "İnternasional" kollektivi yarışın qalibi olub. Üçüncü yer uğrunda matçda isə "CanSports" "Media Star" üzərində böyükhesablı qələbə qazanıb - 17:5.
"Futbol +" komandası turniri beşinci, "Qalaksi" isə altıncı tamamlayıb.