RU

Naftalanda milli mətbuatın 150 illiyi qeyd edilib

Milli mətbuatın yaranmasının 150 illik yubileyi ilə bağlı Naftalan Şəhər İcra Hakimiyyətində bir qrup aparıcı media nümayəndələri ilə görüş keçirilmişdir. 

Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında, söz və mətbuat azadlığının təmin edilməsində  Ümummilli Lider Heydər Əliyevin  və Prezident İlham Əliyevin xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, bu il 150 illik yubileyi qeyd olunan Azərbaycan milli mətbuatı xalqımızın maariflənməsi, milli ideyaların təbliği və cəmiyyətin formalaşmasında mühüm rol oynayır: “Naftalan Şəhər İcra Hakimiyyəti də hər zaman kütləvi informasiya vasitələri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir. Media ilə qurulan bu əməkdaşlıq ictimai rəyin düzgün formalaşması və şəffaf idarəçiliyin təmin olunmasında mühüm rol oynayır”.

Sonra söz kütləvi informasiya vasitələrinin nümayəndələrinə verilmişdir. Onlar çıxışlarında ölkəmizdə mətbuatın azad və maneəsiz fəaliyyət göstərməsi üçün yaradılan əlverişli şəraitdən danışaraq bildirmişlər ki, Azərbaycan mətbuatı dövlət tərəfindən göstərilən ardıcıl və məqsədyönlü dəstək sayəsində davamlı inkişaf yolu keçir. Media sahəsində həyata keçirilən islahatlar, göstərilən yüksək diqqət və qayğı jurnalistlərin peşəkar fəaliyyətinə geniş imkanlar açır.

Tədbirdə Naftalan neftinə, onu dünyada tanıdan beynəlxalq sağlamlıq və turizm mərkəzi sayılan Naftalana həsr olunmuş “Naftalan - Möcüzəni Hiss Et” adlı yeni çapdan çıxmış kitab ilk olaraq, mətbuat nümayəndələrinə təqdim edilmişdir.  Sonda milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələrinə Fəxri fərmanlar və  xatirə hədiyyələri verilmişdir.

Избранный
27
50
azerbaijan-news.az

10Источники