RU

Əşyaları odunluq ərazidə tapılan 14 yaşlı qızdan xəbər var

Hakkarinin Çukurca rayonunda 16 iyulda itkin düşən 14 yaşlı Rojda Asmin Ediş Van şəhərində qohumlarından birinin evində tapılıb.

Əşyaları odunluq ərazidə aşkarlanan Rojdanı tapmaq üçün 90 nəfərlik axtarış qrupu günlərlə çalışıb.

Nəticədə yeniyetmə qızın sağ-salamat tapılması ailəsində böyük sevincə səbəb olub.

Çukurcanın Çığlı kəndində yaşayan Rojda Asmin Ediş 16 iyul tarixində evdən çıxmış və geri qayıtmamışdı. Məlumat verildikdən sonra qız Van şəhərində bir qohumunun evində aşkar olunub. Yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən ailəsinə təhvil verilib.

Çığlı kəndində yaşayan Ediş ailəsi qızlarının yoxa çıxmasından sonra öncə özləri axtarış aparıb, nəticə əldə olunmadıqda isə polisə məlumat veriblər. Məlumat əsasında kəndə polis, AFAD, səhiyyə və UMKE qruplarından ibarət 90 nəfərlik heyyət cəlb olunub. Kənd və ətraf ərazilərdə genişmiqyaslı axtarış aparılıb. Bu zaman odunluq ərazidə Rojdaya aid olduğu ehtimal edilən paltarlar, şəxsiyyət vəsiqəsi və şəxsi əşyaların olduğu çanta tapılıb.

Hadisənin təfərruatı barədə məlumat verilmir./Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
51
2
olaylar.az

10Источники