RU

Abşeronda dəniz suyunun temperaturu 26-28 dərəcə isti olacaq

Azərbaycanda iyulun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 36-41° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° olacağı ehtimal edilir. pizza hut


Telegram kanalımız
Избранный
14
49
yenisabah.az

10Источники