"Şelburn" - "Qarabağ" matçının biletləri tükənib.
Offsideplus.az xəbər verir ki, bu barədə İrlandiya klubunun rəsmi saytı məlumat yayıb.
5750 tamaşaçı tutumuna malik “Tolka Park” stadionunda keçiriləcək qarşılaşmanın bütün biletləri artıq satılıb.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin qarşılaşması olan "Şelburn" - "Qarabağ" görüşü 23 iyulda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda oynanılacaq.