RU

"Qarabağ"dan ayrıldı, 3 təklif aldı, 10 min manat maaş tələb etdi

"Qarabağ"ın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdiyi Rüstəm Əhmədzadə 3 seçim qarşısındadır.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, ötən iki mövsümü icarə əsasında "Zirə"də keçirən hücumçu Premyer Liqadan yeni təkliflər alıb.

"Sumqayıt", "Qəbələ" və "Kəpəz" onun xidmətində maraqlıdır.

"Qarabağ"ın 2022-ci ildə "Minay"dan heyətinə qatdığı Ukrayna doğumlu ön xətt oyunçusu Azərbaycanda qalmağa maraqlıdır.

Bunun üçün gərək maliyyə istəklərini yerinə yetirməyə "ok" verən olsun. Əhmədzadənin aylıq maaş tələbi 10 min manatdır.

saytlarin hazirlanmasi

Избранный
70
1
sportal.az

10Источники