“Mançester Yunayted” yay transfer pəncərəsində daha bir vacib keçidə imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, “Qırmızı şeytanlar” İngiltərənin “Brentford” klubunda çıxış edən Brayan Mbemonu heyətinə qatıb. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.
Fransalı hücumameylli oyunçunun transferi üçün “Mançester Yunayted” qarşı tərəfə 65 milyon funt-sterlinq təzminat ödəyib.
Qeyd edək ki, Brayan Mbemo 2019-cu ildən “Brentford”un formasını geyinirdi və Premyer Liqada göstərdiyi performansla diqqət mərkəzinə düşmüşdü.