RU

Əsgər yığıncağında kütləvi zəhərlənmə baş veribVİDEO

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib. 

Xezerxeber.az-ın xəbərinə görə, hadisə Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda baş verib. 

İstirahət mərkəzində təşkil olunan mərasimdə 24 nəfər qidadan zəhərlənib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.

Zəhərlənən şəxlərin yaxınları bildirir ki, onlar həmin restoranda hərbi xidmətə yolasalma münasibətilə mərasim təşkil ediblər. Sonradan halları pisləşib. Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, qida zəhərlənməsi ilə bağlı 24 nəfər müraciət edib. Onlardan 6-sı azyaşlı olub. Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. 

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
44
12
xezerxeber.az

10Источники