RU

Ağrıdan yola düşən avtobus dağa çırpıldı - Ölənlər və yaralılar var


Ağrıdan İzmirə gedən sərnişin avtobusu Sivas-Ərzincan magistral yolunda Kuzköy yaxınlığında dağa çırpılıb.

"Unikal" xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 33 nəfər yaralanıb.

Hadisə yerinə xilasetmə qüvvələri, könüllü axtarış-xilasetmə qrupları sövq edilib.

Yaralılar təcili tibbi yardım helikopteri və yerüstü təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıb.









Избранный
40
50
news24.az

10Источники