RU

Klubu ilə yenidən anlaşdı

Tibo Kurtuanın “Real”dakı aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, o, “Real” ilə müqaviləsini yeniləyib. “Marca”nın məlumatına görə, 33 yaşlı qapıçı ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Kurtuanın əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər idi. Belçikalı qolkiper komandada 2018-ci ilin yayından çıxış edir. O, ötən mövsüm bütün yarışlarda 53 oyun keçirib, 17 matçda qapısını toxunulmaz saxlayıb.

Избранный
10
9
football-plus.az

8Источники