AZ

İtaliya çempionu ilə yenidən anlaşdı

Aleks Meret klubu ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, “Napoli” rəhbərliyi futbolçu ilə müqaviləni yeniləyib. 27 yaşlı qapıçı ilə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

Meret “Napoli”də 2018-ci il dekabrın 8-də debüt edib. O, indiyə qədər Neapol klubunun heyətində 212 matçda iştirak edib və bunların 68-də qapısını toxunulmaz saxlayıb.

Seçilən
7
4
football-plus.az

5Mənbələr