"Napoli" futbolçusu Aleks Meretlə yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı qapıçı ilə imzalanan yeni sözləşmə 2027-ci ilin yayına qədər qədər qüvvədə olacaq.
Qeyd edək ki, Meret "Napoli"dəki debütünü 2018-ci il dekabrın 8-də "Frozinone"yə qarşı keçirilən və 4:0 hesabı ilə qazanılan ev oyununda edib. O, indiyə qədər Neapol təmsilçisinin heyətində 212 matçda iştirak edib və bunların 68-də qapısını toxunulmaz saxlayıb.