RU

Britaniya Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniyaya başlayıb

İyulun 21-də Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Böyük Britaniyanın müdafiə naziri Con Healey Kiyevə hərbi dəstəyi artırmaq planlarını açıqlayacaq..

Poliqon xəbər verir ki, bu barədə “The Telegraph” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Healey müttəfiqlərini Vladimir Putini danışıqlar masasına oturtmaq üçün Ukraynaya hərbi dəstəyi yenidən artırmağa çağıracaq. London silah tədarükü üçün “50 günlük kampaniya”nın qəbul edilməsi təşəbbüsü ilə çıxış edir.

Almaniya və Böyük Britaniyanın Berlindən 170 milyon avroya hava hücumundan müdafiə raketləri almağa razılaşacağı güman edilir. Onlayn görüşdə NATO-nun baş katibi Mark Rutte və Pentaqonun katibi Pit Heqset iştirak edir.

Poliqon.info 

Избранный
28
8
poliqon.info

10Источники