İyulun 21-də Sankt-Peterburqda II Beynəlxalq Caz Festivalı başlanır.
Kulis.az xəbər verir ki, 600-dən çox musiqiçinin iştirak etdiyi festivalda 140-dan çox konsert planlaşdırılıb.
Festival çərçivəsində ilk dəfə Ümumrusiya Caz Mükafatı təqdim olunacaq. Təşkilatçılar tədbirin caz musiqisinin gənclər arasında təşviqi baxımından böyük önəm daşıdığını bildirirlər.
Qeyd edək ki, festivaliyulun 27-dək davam edəcək.