RU

Şaranı devirmək, Türkiyəni sıxışdırmaq... - Yeni plan

İsrail Suriyada vətəndaş müharibəsini təzələmək və ölkənin keçid dövrü Prezidenti Əhməd əş-Şaranı devirmək planlarını həyata keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Selvi yazıb. Selvi qeyd edib ki, Türkiyə kəşfiyyatı bundan əvvəl Şaraya qarşı sui-qəsdin qarşısını alıb: “İsrail Suriyada sabitliyi pozmaq istəyir. Təl-Əviv vətəndaş müharibəsini təzələməyə çalışır, məqsədi Əhməd əş-Şaranı devirməkdir”. Onun fikrincə, İsrail Türkiyənin qonşu Suriyaya təsirindən məmnun deyil:

“PKK-nın qüvvələri tərk-silah olunsa, Türkiyənin Suriyada təsiri daha da artacaq. Məhz buna görə də İsrail cənubda druzları, şimalda isə PKK-nı təhrik edir. Suriya və Livanda təsir gücü olan Türkiyə ona lazım deyil. O, vətəndaş müharibəsinə başlamaq və Türkiyəni Suriyadan sıxışdırmaq istəyir”.

Избранный
15
31
buta.tv

10Источники