Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Futbolpress.az xəbər verir ki, tədbir saat 14:00-da start götürəcək. “Qarabağ” II təsnifatda “Şelburn”u keçsə, aşağıdakı cütlərin qaliblərindən birinə rəqib olacaq:
“Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)
“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)
“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya).
“Qarabağ” “Şelburn”la ilk oyunu iyulun 23-də İrlandiyada keçirəcək. Cavab görüşü isə iyulun 30-da Bakıda baş tutacaq.