İtaliya çempionu "Napoli" müdafiəçi Sem Bökemanı transfer edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu "Bolonya" klubundan transfer olunub. Bökema ilə müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Bökema "Bolonya"nın heyətində 2023-cü ildən çıxış edirdi. Bu müddətdə o, 80 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. O, daha öncə "Go Ahead Eagles" və "AZ Alkmaar" klublarında da forma geyinib. Müdafiəçinin bazar dəyəri 28 milyon avro olaraq göstərilir.