RU

Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO

Xəzər

Uzun illər əvvəl məzunu olduğum Xəzər Universitetinə bu dəfə diplom təqdim etmək üçün qayıtmaq mənim üçün dərin mənəvi anlam daşıyırdı. XəzərSəhnədə gənc məzunlara diplom təqdim edərkən illər əvvəlki tələbəlik illərimə qayıtdım. Bu anlar mənim üçün təkcə rəsmi bir mərasim deyil, həm də nostalji və qürur dolu anlar idi.Tədbirin hər anı – tələbələrin rəqs nömrələri, səhnə performansları, işıq və musiqi harmoniyası ilə rəngləndi. Bu performanslar tədbiri həm rəngarəng, həm də yorucu olmadan axıcı etdi. Məzunlar arasında uğurlu iş adamlarının çıxışları isə onlara yol göstərən işıq oldu. Bu, Xəzər ailəsinin qətiyyətli, inamlı və birgə səylərinin əks-sədası idi.Valideynlərin qürurlu baxışları, müəllimlərin sevgi dolu təbəssümləri və gənclərin xoşbəxt qucaqlamaları mərasimi duyğusal bir bayrama çevirdi. Burada illərin zəhməti, əzm və arzuların məzmunu canlı bir hekayəyə dönmüşdü.Bu mərasim – bir son yox, böyük bir başlanğıcdır. Hər diplom, əslində, bir hekayədir: zəhmətin, bilginin və gələcəyə ümidin möhürüdür. Xəzər Universitetinin yetirmələri, Avropa və Amerikanın tanıdığı diplomlarla silahlanaraq, artıq dünya arenasına addımlayırlar.Bu gün burada dayanmaq – keçmiş və gələcəyin qovşağında olmaqdır; vəfa, minnətdarlıq və sonsuz inamın simvoludur.Rəxşəndə DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Vyetnamda turist faciəsi: 48 nəfərin olduğu gəmi çevrildi

Boston şəhərində Azərbaycanlı gənclərin diaspor birliyi gücləndirildi

Sarı təhlükə! ABŞ-da ərimiş kükürd sızdı

Избранный
33
50
ulusum.az

10Источники