RU

Danışıqların üçüncü raundu: Nələr müzakirə olunacaq?

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu tərəflər tərəfindən hazırlanmış sülh memorandumlarının, o cümlədən texniki və humanitar məsələlərin müzakirəsinə həsr olunacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa bildirib.

Məlumatı Lenta.ru yayıb.

Bundan əvvəl “İndependent Türkçe” qəzeti Rusiya ilə Ukrayna arasında İstanbulda danışıqların üçüncü raundunun iyulun 23 və ya 24- də keçirilə biləcəyini yazıb.

"Düşünürəm ki, onlar əsasən texniki, humanitar məsələləri müzakirə edəcəklər və yəqin ki, ikinci raundda hazırlanmış memorandumları müzakirə edəcəklər", - Çepa bildirib.

O qeyd edib ki, görüşün nəticəsini proqnozlaşdırmaq çətindir, çünki hazırda Rustem Umerovun Ukraynanın müdafiə naziri postundan istefa verməsindən sonra Ukrayna nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi bilinmir. Çepa həmçinin Ukrayna ilə əsirlərin, yaralıların və ölənlərin cəsədlərinin mübadiləsinin davam edəcəyinə ümid etdiyini bildirib.

"Təəssüf ki, Ukrayna tərəfinin cəsədləri krematoriyada yandırması ilə bağlı məlumatlar var. Bu, onların heç bir humanitar mübadiləsinə can atmadığını göstərir, ona görə də bu prosesi ləngidirlər", - Çepa bildirib.

Xəbər 2 dəfə oxunub.
Избранный
12
7
xezernews.az

10Источники