Enerji nəhəngi BP şirkətin yaşıl strategiyadan uzaqlaşıb yenidən fosil yanacaqlara fokuslanması fonunda yeni sədr təyin edib.
AzPost xəbər verir ki, sabiq CRH rəhbəri Albert Manifold oktyabrın 1-dən BP-nin idarə heyətinə sədrlik edəcək.
O, hazırkı sədr Helge Lund-u əvəz edəcək. Lund 2019-cu ildən bu vəzifədə çalışır və şirkətin uğursuz “net sıfır” (net zero) strategiyasının əsas simalarından biri olub.
Yeni rəhbərliklə BP-nin neft sektoruna dönüşü və yaşıl enerjiyə ayırdığı xərcləri azaltması gözlənilir. Şirkət son illərdə zəif səhmdar gəlirləri və investor etirazları ilə üzləşib.