RU

İsrail bu ölkəni hədələdi: “Taleyiniz İran kimi ola bilər!”

İsrail Hərbi Hava Qüvvələri husilərin nəzarətində olan, Yəmənin Hodeyda limanındakı hərbi hədəflərə zərbələr endirib.

Olaylar.az xəbər verir ki, bu barədə ordu məlumat yayıb.

"Hücuma məruz qalan obyektlər arasında liman infrastrukturunun bərpası üçün istifadə edilən mühəndis avadanlıqları, yanacaq konteynerləri, İsrailə qarşı istifadə olunan hərbi gəmilər, eləcə də limana bitişik Qırmızı dəniz sularında olan gəmilər var. Yəmən limanı digər şeylərlə yanaşı, İransilahlarının daşınması, o cümlədən İsrail və onun müttəfiqlərinə qarşı terror hücumları həyata keçirmək üçün istifadə edilib", - deyə bildirilib.

İsrailin müdafiə naziri İsrael Katz Hodeydaya endirilən zərbələri şərh edərkən bildirib ki, ölkəsinin atəşə tutulması davam edərsə, Yəmən İranın taleyi ilə üzləşə bilər.

Qeyd edək ki, iyulun 7-də İsrailin müdafiə naziri İsrael Katz Yəmənin Ənsar Allah (husi) hərəkatına qarşı yeni hərbi əməliyyata başlandığını elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
37
olaylar.az

10Источники